Qadin.NET / Elektron ödəmə populyarlaşır

Elektron ödəmə populyarlaşır

 

ITG-nin yeni hesabatına əsasən, ötən ay elektron ödənişlərin ümumi həcminin 1 faizi Apple Pay, 4 faizi isə Google Wallet ödəmə sistemlərinin payına düşüb.

 

Milli.Az İCT nevs-a istinadən bildirir ki, tədqiqata əsasən, Apple Pay ödəmə sisteminin yeni müştərilərinin 60 faizi ay ərzində sistemdən bir neçə dəfə istifadə edirlər. Digər rəqiblərdə, məsələn, PayPal ödəmə sistemində bu göstərici 20 faizə bərabərdir. Apple Pay istifadəçiləri həftədə orta hesabla 1,4 dəfə ödəmə sistemi üzərindən alış-veriş edirlər. Hesabatda yazılıb ki, alma korporasiyasının ödəmə sistemi bu bazarın lideri PayPal üçün ciddi təhlükə doğurur. 
Apple Pay ödəmə sisteminin reklamı nəticəsində insanlar elektron ödəniş haqda daha məlumatlı olur. ZDNet nəşri yazır ki, bu, 2011-ci ildə işə salınmış, hələ də geniş populyarlıq qazanmayan Google Wallet sisteminin irəliləyişinə kömək edəcək.
Mənbə: Milli.Az
26 dekabr 2014
GO BACK