Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Milli.Az AzerTAc-a istinadən dekabrın 26-da Azərbaycan ərazisində hava proqnozunu təqdim edir. 
Dekabrın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində 23 m/s-dək güclənəcək, axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 4-7°, gündüz 10-14°, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 3-8°, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 5-7°, gündüz 10-14°, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

 

26 dekabr 2014
GO BACK