Qadin.NET / Ailə quracağımız şəxs taleyimizə yazılıbmı?

Ailə quracağımız şəxs taleyimizə yazılıbmı?

 

Milli.Az islam.az-a istinadən bildirir ki, islamda alın yazısı deyilən anlayış yoxdur, hər halda bu, camaatın başa düşdüyü şəkildə deyil. Allah heç kimi kiminləsə ailə qurmağa məcbur etmir. Əks halda, uğursuz ailənin məsuliyyəti və təqsiri Allahın öhdəsində olardı. Allah insana ağıl-şüur, düşünmək və analiz etmək qabiliyyəti, seçki ixtiyarı verib. 

Hər kəs ailə qurmaq istədiyi adamı yaxşı tanımalı, bu barədə dərindən düşünməli, müsbət və mənfi cəhətləri ölçüb-biçməlidir. Əgər gələcəkdə problem yaranarsa, bunun təqsirkarı adamın özüdür.
Mənbə: Milli.Az

 

26 dekabr 2014
GO BACK