Qadin.NET / Lavrov: Avropa təhlükədədir

Lavrov: Avropa təhlükədədir

 

Lavrov: Avropa təhlükədədir

Ukraynanın NATO-ya qoşulmaq cəhdləri təhlükəlidir, nəinki Ukrayna xalqı, həm də Avropa üçün təhlükəlidir. ANS PRESS-in məlumatına görə, bunu dövlət televiziyası ilə çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, Qərb Kiyevin NATO-ya qoşulmaq istəməsindən Rusiya ilə tam qarşıdurmaya getmək üçün istifadə edir.
Bu gün xarici işlər nazirliyinin sözçüsü Lukaşeviç bildirib ki, NATO-nun şərqə doğru genişlənməsinə Rusiya adekvat cavab verməli olacaq.
Qeyd edək ki, dekabrın 23-də Ukrayna blokdan kənar statusunu ləğv edərək NATO-ya qoşulmağı qarşısına məqsəd qoyub.

 

Mənbə: ANS PRESS

25 dekabr 2014
GO BACK