Qadin.NET / Şəffaf smartfon göstərildi

Şəffaf smartfon göstərildi

 

Yaponiyanın KDDI operatoru Firefox OS platforması ilə işləyən şəffaf korpuslu smartfonun satışına başlayacaq. Qeyri-adi həllin müəllifi məşhur dizayner Tokudzin Yesiokadır.Yaponiyanın KDDI operatoru Tokioda keçirilmiş mətbuat tədbirində şəffaf korpus və Fx0 adlı smartfonunu nümayiş etdirib.

 

Milli.Az İCT nevs-a istinadən bildirir ki, smartfonun dizaynı yaponiyalı məşhur dizayner Tokudzin Yesioko tərəfindən hazırlanıb. O, KDDI operatoru ilə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Fx0 konsepsiyası Mozilla əməliyyat sistemi tərtibatçısının əsaslandığı açıqlıq və şəffaflığı vurğulamaq üçün nəzərdə tutulub. Qurğunun istehsalçısı Koreyanın LG Electronics şirkətidir.Fx0 smartfonu Firefox OS 2.0 əməliyyat sistemi ilə işləyir, amma cihazın əsas özəlliyi aparatın daxilində yerləşmiş elektronikanı görməyə imkan verən şəffaf korpusdur. Smartfonun detalları açıq-qəhvəyi və qızılı rəng çalarlarında rənglənib.Fx0 smartfonunda ekranın ölçüsü 4,7 düym təşkil edir. Aparat 1,2 QHs takt tezlikli dördnüvəli Qualcomm MSM8926 Snapdragon 400 prosessoru, 1.5 QB əməli yaddaş, 16 QB daxili yaddaş (microSDXC yaddaş kartlarının köməyi ilə artırmaq mümkündür), 8 meqapiksellik əsas və 1,2 meqapiksellik ön kameralarla, 2370 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. NFC texnologiyası dəstəklənib. Mobil telefonun fiziki ölçüsü 139x70x10,5 mm, çəki 148 qramdır.İstehsalçı bildirib ki, modelin avtonom iş vaxtı təxminən 17 saat, gözləmə vaxtı LTE şəbəkəsində 720 saat və ya 3G şəbəkəsində 820 saat təşkil edir.
2015-ci il yanvarın 6-da qurğunun kütləvi satışlarına başlamaq planlaşdırılır.Cihazın qiyməti 50 min yena təşkil edəcək. Beləliklə, Fx0 smartfonu Firefox OS platforması ilə işləyən qurğular arasında ən bahalı aparat olacaq.
Mənbə: Milli.Az
25 dekabr 2014
GO BACK