Ermənistanda “İrs” Partiyasından olan deputat Zarui Postancyan Türkiyə ərazisindəki Ağrı dağını (ermənilər onu “Ararat” adlandırır - red.) “erməni qeyri-maddi irs nümunəsi” kimi UNESCO-nun siyahısına salmaq üçün bu təşkilata rəsmi müraciət ünvanlamağı təklif edib.APA-nın “News.am”a istinadən məlumatına görə, “İrs” Partiyası bununla bağlı bəyanat yayıb.Bəyanatda qeyd olunur ki, UNESCO-nun mədəni irs nümunələri siyahısına təklif vermək hüququ Konvensiyaya üzv dövlətlərin hökumətlərinə aid olduğuna görə deputat Zarui Postancyan baş nazir Ovik Abramyana bu məsələ ilə bağlı təklif göndərib: “Sözügedən təşəbbüs Ararat dağının ermənilərin mentalitetinə təsirinin böyük olmasına əsaslanır”.
Mənbə: Milli.Az