Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həyat yoldaşı, prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib. ANS PRESS-in məlumatına görə, dövlət başçısının doğum günü dekabrın 24-də qeyd edilib. İ.Əliyevin 53 yaşı tamam olub. Birinci xanımın video təbriki Heydər Əliyev Fondunun səhifəsində yerləşdirilib.
"İlham Əliyev müasir dövrün siyasi elitasının görkəmli nümayəndələrindən biridir. Ona ilk növbədə can sağlığı, doğma Azərbaycanına xidmət etmək üçün qüvvə və qüdrət arzu edərdim. Arzu edərdim ki, Azərbaycanın gələcək inkişafına dair bütün planları, fikirləri, arzuları, diləkləri yerinə yetsin. Birdə mən ona səbr arzulamaq istərdim. Qarabağ düyününü açmaq üçün səbr. Əslində bu böyük arzudur. Amma mən inanıram ki, İlham bu yoldada böyük qələbəni əldə edəcək. Bu arzu da çin olacaq.
Əziz prezidentimiz, ad gününüz mübarək".
Mənbə: ANS PRESS