Qadin.NET / Yanvarın 4-də hamı uçacaq

Yanvarın 4-də hamı uçacaq

 

 

Yeni ilin yanvar ayının 4-də hamı uça bilər. Yanvar ayında dünya əhalisi min ildən bir baş vermə ehtimalı olan hadisənin şahidi ola bilmək şansını qazana bilərlər. Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, uçmağa səbəb qravitasiyanın zəifləməsi olacaq. Belə ki, bu sayədə hamı 3 saniyə havada qala biləcək. Cazibə qüvvəsinin zəifləməsi isə Bakı vaxtı ilə saat 20:47-də yaşanacaq. 
Alimlərin sözlərinə görə, bu anlarda tullanan yerdə şəkil çəkdirmək daha asan olacaq. Adətən insan 0,25 saniyədə yerə düşür. Qeyd edilən saatda isə havad düz 3 saniyə qalmaq mümükün olacaq. 
Britaniyalı astroloq Patrik Murun sözlərinə görə, Pluton, Yupiter bir sırada olacaq. 
Qeyd edək ki, 2011-ci ilin may ayında dünya əhalisi daha bir astronomik fenomenin - planetlərin paradının şahidi olub. Onda Merkuri, Venera, Mars və Yupiter bir sırada olub. Buna kimi belə hadisə 1910-cu ildə baş vermişdi.

Mənbə: Milli.Az

25 dekabr 2014
GO BACK