Qadin.NET / Ukrayna yoxsulluq həddinə düşdü

Ukrayna yoxsulluq həddinə düşdü

Ukraynalılar özlərinin həyat səviyyələrindən narazıdırlar. Milli.Az-ın məlumatına görə, Gallup sorğu şirkətinin məlumatları bunu deməyə əsas verir. Vesti.ru yazır ki, Ukrayna tarixinin ən kasıb dövrünü yaşayır. 
Sorğuya cəlb olunan ölkə sakinlərinə təklif edilib ki, həyat səviyyələrini 0-dan 10 bala qədər qiymətləndirsinlər. Nəticədə görünüb ki, Ukraynada yaşam səviyyəsi 4.3 balla qiymətləndirilib. Ötən il isə bu rəqəm 4.8 bal idi. 
Respondentlərin 66%-i hesab edir ki, həyat səviyyəsi günü-gündən pisləşir. Bununla belə, ukraynalılar yaxın 5 il ərzində vəziyyətin yaxşılaşacağına ümid edirlər. 

Mənbə: Milli.Az

25 dekabr 2014
GO BACK