Qadin.NET / Yaz havası davam edəcək

Yaz havası davam edəcək

 

Yaz havası davam edəcək

Sabah ölkədə mülayim hava müşahidə olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək, axşam şimal-qərb küləyilə əvəzlənəcək.Temperatur gecə 4-7, gündüz 10-14 dərəcə isti olacaq.
Dekabrın 26-da rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperatur aran rayonlarında gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda isə gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS

25 dekabr 2014
GO BACK