Serbiyada qaydasız döyüşdə gözlənilməz anlar yaşanıb. ANS PRESS-in məlumatına görə, qaydasız döyüş üzrə yarışda serb idmançı Dusan Dzakic ilə Sebastijan Emini üz-üzə gəlib. Döyüş Dusanın qələbəsi ilə bitib. O, rəqibini məğlub etmək üçün əlindən gələni edib, ağır zərbələrdən çəkinməyib. Lakin son zərbədə Dusan Eminin boğazından tutaraq onun məğlub olmasını təmin edib. Qalib elan edilib və serb idmançı qələbəsinə sevinib.
Lakin onun sevinci uzun çəkməyib. Belə ki, Emini son zərbədən sonra özünə gələ bilməyib. Ona ilk müdaxiləni də rinqdə olan rəqibi Dzakic edib.
Serb döyüşçünün rəqibini həyata qaytarmaq üçün çalışmasını görən izləyicilər təəccübləniblər. Dzakic bu addımı ilə izləyicilərin alqışını qazanıb.
Mənbə: ANS PRESS