Qadin.NET / Moskvadan uçmaq olmur

Moskvadan uçmaq olmur

 

 

Moskvanın üç beynəlxalq hava limanında əlverişsiz hava şəraitinə görə onlarla təyyarənin uçuşu ləngiyir. Modern.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Vnukovo” hava limanında 20 marşrutla hərəkət edəcək təyyarə hava şəraitinə görə ləngiyir. “Domodedevo” hava limanında uçuşu həyata keçirə bilməyən reyslərin sayı 77-yə çatıb. 
“Şeremetyovo”da isə artıq 10 təyyarə uçuşa hazır olsa da, hava şəraitinə görə ləngiyir. 
Məlumatda qeyd edilir ki, ləngimə daha çox Sankt-Peterburq, Misir, bir sıra Avropa ölkələri, o cümlədən İtaliya, Almaniya, Kipr və Avstriyaya uçacaq təyyarələrdə baş verib.Digər xəbərdə bildirilir ki, dekabrın 25-də səhər Rusiya paytaxtına güclü qar yağıb və axşamadək davam edəcəyi gözlənilir. Moskvanın küçələrində isə 10 ballıq tıxac da müşahidə olunur.   

Mənbə: Milli.Az

25 dekabr 2014
GO BACK