Qadin.NET / 160 yumurtanı birdən yedi

160 yumurtanı birdən yedi

 

Çində yemək yarışında qəribə hadisə baş verib. Pan Edjonq adlı çinli 160 yumurtanı həzmi-rabədən keçirib. Bundan sonra 46 yaşlı kişi özünü yaxşı hiss edib. Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə dekabrın 23-də baş verib. Pan Edjonq Santa-Klaus papağı ilə restoranlardan birinə gəlib. O 40 dəqiqə ərzində 150 ədəd bildirçin yumurtası, 10 ədəd isə toyuq yumurtası yeyib. 
"160-cı yumurtanı ağzıma aparanda anladım ki, bu dad artıq məni bezdirdi və dayanmaq vaxtıdır. Bir neçəsini də yeyə bilərdim. Əvvəl heç vaxt bu sayda yumurta yeməyə cəhd eləməmişəm, ancaq anlayıram ki, bu son hədd deyil", - o junalistlərə açıqlamasında deyib. 
Mənbə: Milli.Az

 

25 dekabr 2014
GO BACK