Qadin.NET / Bakı metropoliteni Yeni ilə necə hazırlaşır?

Bakı metropoliteni Yeni ilə necə hazırlaşır?

Metropoliten dekabr ayının son günləri bayramla əlaqədar olaraq problemlərin yaşanmaması üçün qabaqlayıcı tədbirlər görəcək. Qatarlara əlavə vaqonların quraşdırılması və iş saatının uzadılması nəzərdə tutulub.ANS TV-nin məlumatına görə, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə Bakı Metropoliteni də gücləndirilmiş iş rejimində işləyəcək. Həmin gün sərnişinlərin sıxlığını nəzərə alaraq qurum artıq təhlükəsizlik tədbirlərini görməyə başlayıb.Dekabr ayının 31-i metropoliten bir saat fəaliyyətini artıracaq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, əgər tədbirlər keçirilərsə, o zaman mümkündür ki, metropolitenin bütün stansiyaları gecə saat 2-yə qədər sərnişinlərin üzünə açıq olsun. Ehtiyat vaqonlar da tam hazır vəziyyətə gətirlib. Təhlükəsizlik tədbirləri maksimum səviyyədə həyata keçriləcək.“Əsasən 31 dekabr, eyni zamanda yanvar ayının ilk günlərində, 1-i, 2-si üçün, bayram ərəfəsində, yəni istirahət günlərində metro gücləndirilmiş iş rejimində işləyəcək. Məlumdur ki, metropoliten hər gün saat 00:00-a kimi fəaliyyət göstərir. Amma 31 dekabr, Yeni il axşamı gecə saat birə qədər bütün stansiyalar sərnişinlərin üzünə açıq qlacaq”, - deyə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Təkcə metropoliten deyil, həmçinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti də gücləndirilmş iş rejimində işləyəcək. Əgər ehtiyac olarsa, o zaman ehtiyat vaqonlar xəttə buraxılacaq. 
Hər il olduğu kimi sərnişinlərin də bu il qərb rayonlarımıza və Tiflis istiqamətinə gedəcəklərini nəzərə alaraq həmin istiqamətə yeni turist qatarlarının çıxarılması nəzərdə tutulur.
“Sıxlıq əsasən dekabrın 29 və 30-da gözlənilir. Müraciətlər var ki, Tiflis istiqamətində turist qatarı buraxaq. Artıq bu istiqamətdə hazırlıq işləri gedir. Ehtiyatda olan vaqonları baxışdan keçirilir, yəni yoxlanılır. Ölkə daxilində hərəkət edən qatarlara əlavə vaqonlar qoşulacaq”, - deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov vurğulayıb.
Gücləndirilmiş iş rejimi yanvar ayının 7-nə qədər davam edəcək.

Mənbə: Milli.Az

25 dekabr 2014
GO BACK