Qadin.NET / Erməniləri saran qorxu

Erməniləri saran qorxu

Erməniləri saran qorxu
Serj Sarkisyan hakimiyyətinin, demək olar ki, hər ilində fəlakət qərarları qəbul edir. Bu bəyanatla "Vətən" partiyasının rəhbəri Petros Makiyan xüsusi çağırdığı mətbuat konfransında çıxış edib.O bildirib ki, indiki prezidentin yeddi illik fəaliyyəti dövründə erməni dövlətinə çox böyük zərbə vurub. 
Partiya lideri qeyd edib ki, Ermənistan bu gün yalnız iqtisadi sahədə deyil, həm də xarici siyasətdə uğursuzluq yaşayır. Makiyan daha çox diqqəti Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara ayırıb. Onun fikrincə, ölkə rəhbərliyi bu məsələdə heç nəyə nail olmayıb, çünki danışıqlarda heç bir inkişaf yoxdur. Bundan başqa, o bildirib ki, artıq Ermənistanda hamı anlayıb ki, müharibə qaçılmazdır. 
Amma başa çatmaqda olan ilin əsas problemi bütün iqtisadiyyatın inhisarlaşdırılmasıdır. Erməni xalqı artıq bunu öz kisəsində hiss etməyə başlayıb. Siyasətçi bildirir ki, ərzaq məhsullarının qiymətinin hər gün qalxması, dollar və dramla oynanan spekulyativ oyunlar ölkə sakinlərinin Yeni il qabağı əhvalını ciddi korlayıb. 

Mənbə: ANS PRESS

25 dekabr 2014
GO BACK