Qadin.NET / Ərdoğan qalmaqallı qanunu təsdiqlədi

Ərdoğan qalmaqallı qanunu təsdiqlədi

Ərdoğan qalmaqallı qanunu təsdiqlədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millətlər Məclisində geniş müzakirələrə səbəb olan "Büdcə haqqında" qanununu təsdiqləyib.ANS PRESS-in məlumatına görə, R.T.Ərdoğan təxminən 10 gündür müzakirələri aparılan qanununla bağlı son qərarını verib. Prezident Ərdoğan eyni zamanda 2013-cü il üçün "Mərkəzi İdarə Hesab" qanununu da təsdiqləyib.
"Büdcə haqqında" qanun alt komisyalarda təxminən 60 gündür müzakirə edilirdi. Görüşlər zamanı tez-tez mübahisələr yaranıb.
Bu qanun hətta baş naziri Əhməd Davudoğlu ilə Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu da qarşı-qarşıya gətirib. Baş nazir büdcə müzakirələri zamanı çıxış edərkən müxalifəti tənqid etmişdi. 
Davudoğlu Kılıçdaroğlunu Suriyanı tənqit etdiyinə görə "Siz zərbəçisiniz" deyə itiham etmiş və hadisə gündəmə bomba kimi düşmüşdü.

Mənbə: ANS PRESS
25 dekabr 2014
GO BACK