Qadin.NET / Azərbaycan yeni super təyyarələr alır

Azərbaycan yeni super təyyarələr alır

 

Azərbaycan yeni super təyyarələr alır

Azərbaycanın "Silk Way Cargo" yük aviadaşıyıcısı və ABŞ-ın "Boeing" şirkəti 2015-2016-cı illərdə 3 "Boeing 747-8" təyyarəsinin alışına dair müqavilə imzalayıblar.ANS PRESS-in məlumatına görə, bunu çərşənbə günü Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
Müqavilə bu gün Bakıda imzalanıb. Həmçinin, bu gün AZAL-ın ABŞ şirkətindən əldə etdiyi yeni "Boeing B-787-8" (Dreamliner) təyyarəsinin qəbuletmə mərasimi keçirilib. Azərbaycan yaxın vaxtlarda bu tipli daha bir təyyarə alacaq.

 

Mənbə: ANS PRESS

24 dekabr 2014
GO BACK