Qadin.NET / Rublu xilas edirlər

Rublu xilas edirlər

 

Rublu xilas edirlər

"Rublu xilas etməyin cəmi bir yol var. Ancaq bu yol ilə Rusiya indiyədək heç vaxt getməyib. Rusiya şirkətlərinin səhmlərinin reytinqi “zibil” səviyyəsinə düşə bilər."ANS PRESS-in məlumatına görə, bu barədə dünya mətbuatı yazıb.
Con Hopkins Universitetinin professoru Olivier Jeanın "Financial Times" qəzetində dərc olunan məqaləsində deyilir ki, rublu xilas etmək üçün Putinin cəmi bir yolu qalır. Putin bu yolu ağılla getməlidir: "Bu üsul kapitala nəzarətdir. Rubla kömək üçün Vladimir Putinin 4 vasitəsi var - rublun zəifləməyinə imkan vermək, bank faizini qaldırmaq, valyuta ehtiyatlarını satmaq və kapitala nəzarət."
Onun sözlərinə görə, birinci 3 vasitədən V.Putin istifadə edib. Təkcə kapitalın hərəkətinə nəzarət qalır. Ancaq bu, Rusiyada işləyəcəkmi? Kapitala nəzarətin prinsipi asandır - ölkənin iqtisadiyyatından öz pulunu çıxarmaq istəyən investorlara çox yüksək haqq qoyurlar ki, pullarını çıxartmaq onlara səsrf etməsin. Ancaq bundan əvvəlki böhranların hamısında Rusiyada investorlar üsullar tapıb, kapitalı ölkədən çıxarda bilirdilər.
Beynəlxalqq Valyuta Fondunun bu yaxınlarda çap olunan araşdırmasına görə, keçid iqtisadiyyatlı 37 ölkədə kapitala nəzarət həyata keçirilib, əksəriyyətində bunu edə bilməyib.
O bildirib ki, Rusiyada kapitala nəzarət yalnız o vaxt işləyə bilər ki, bununla yanaşı, hökumət böhrana gətirən səbəbləri aradan qaldıracaq iqtisadi planını elan etsin və bu plana əsas oyunçuların etimadı olsun. Bu planın iki vacib tərkib hissəsi olmalıdır - neftin uzun müddətli aşağı qiymətinə hazırlıq və Qərbin öz sanksiyalarını ləğv ertməsi üçün atılacaq addımlar.
Qəzet yazır ki, "Standard and Poor" Reytinq Agentliyi bu yaxınlarda Rusiyanın suveren, yəni dövlət reytinqlərinə yenidən baxmaq qərarını verib. Xarici valyuta ilə Rusiyanın borc ala bilmə reytinqi aşağı salına bilər. Proqnoz mənfi olaraq qalır.
Risklərin nə qədər yüksək olduğunu banklararası kreditlərin vəziyyəti də göstərir. Hazırda Rusiya bankları bir-birlərinə kredit vermək istəmirlər. Bu o deməkdir ki, Rusiyanın suveren reytinqi “zibil” səviyyəsinə salına bilər. Agentlik bildirir ki, reytinqə yenidən baxmağa vadar edən Rusiya iqtisadiyyatındakı çətinliklərin maliyyə sektoruna təsir göstərməsidir.
"Moody" reytinq agentliyi isə Rusiyanın ən böyük şirkətlərinin reytinqini aşağı salmaq istəyir. Bu şirkətlər arasında Sberbank, VTB kimi ən böyük banklar da var.

 

Mənbə: ANS PRESS

24 dekabr 2014
GO BACK