Qadin.NET / Qərb Rusiyanı vurdu, zərbə Türkiyəyə dəydi

Qərb Rusiyanı vurdu, zərbə Türkiyəyə dəydi

 

 

"2015-ci ildə Rusiyanın turizm bazarında 30% azalma müşahidə olunacaq". Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Turoperatorlar Assosiasiyasının icraçı direktoru Mayya Lomidze bildirib. "Bu ixtisar həm turoperatorlara, həm də turagentlik şəbəkələrinə təsir göstərəcək. Bizim analitiklərimizin çox ehtiyatlı hesablamalarına görə, bu azalma 30% təşkil edəcək. İlk əlamətləri 2015-ci ilin mart ayında görəcəyik", - o əlavə edib. 
Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra dekabr ayında bu ölkənin milli valyutası olan rublun dəyəri sürətlə düşməyə başlayıb. Xatırladaq ki, statistikaya əsasən, Rusiya vətəndaşları istirahət üçün ən çox Türkiyəyə yollanırlar. Bu isə Rusiyadakı böhranın Türkiyədəki turizm sektoruna birbaşa təsir edəcəyini deməyə əsas verir. 

Mənbə: Milli.Az

24 dekabr 2014
GO BACK