Qadin.NET / Bakıda partlayıcı oyuncaqlar

Bakıda partlayıcı oyuncaqlar

 

Bakının ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Səbail, Qaradağ və Sabunçu rayonları ərazilərindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik 14 400 ədəd partlayıcı oyuncaq aşkar edilərək götürülüb.

Mənbə: Milli.Az

 

24 dekabr 2014
GO BACK