Qadin.NET / Hava küləkli olacaq

Hava küləkli olacaq

 

Yaxın 3 gün ərzində Azərbaycanda küləkli hava şəraiti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman gözlənilir. Şimal qərb küləyi səhər mülayimləşək, günün ikinci yarısında arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

Mənbə: Milli.Az

 

24 dekabr 2014
GO BACK