Qadin.NET / Bayramda hava necə olacaq?

Bayramda hava necə olacaq?

 

Bayramda hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi səhər mülayimləşəcək. Gündüz arabir güclənən cənub-qərb küləyilə əvəzlənəcək.Temperatur gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq.Dekabrın 25-də rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Temperatur aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS

24 dekabr 2014
GO BACK