Qadin.NET / Prezidentdən yeni qərar

Prezidentdən yeni qərar

 

Prezidentdən yeni qərar

Azərbaycan prezidenti İlham Əliyev “Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman verib.ANS PRESS-in APA-ya istinadən məlumatına görə, dəyişiklik erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərlə bağlıdır.
Dəyişikliyə əsasən erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 5 may tarixli Fərmanına əsasən sığorta ödənişi nəzərdə tutulmuş, lakin 1993-cü il yanvarın 1-nə kimi ödənilməmiş zərərin məbləğinin tikililərin bərpası zamanı 1992-ci ildə icbari sığorta üçün mövcud olmuş dəyər məbləğində ödənilməsi barədə qaydanı əks etdirən müddəa ləğv edilib.

 

Mənbə: ANS PRESS

24 dekabr 2014
GO BACK