Qadin.NET / Ölü tonqalın üstündə dirildi

Ölü tonqalın üstündə dirildi

 

Ölü tonqalın üstündə dirildi

Hindistanda ölü dirildi. ANS PRESS-in məlumatına görə, dəfnə hazırlaşan kişi bütün qohumlarını qorxuya salıb. Məlumata görə, yaşlı kişi cəsədi yandırılmaq üçün tonqalın üstünə qoyulan anda dirilib. 
72 yaşlı Racastxan ştat sakini Dipak Sinqx inəklərə yem verərkən özündən gedib. Onun yaxınları dərhal həkimə xəbər veriblər. Həkim yaşlı kişinin öldüyünü elan edib. 
Qohumları yasa hazırlaşmağa başlayıblar. Ölünün cəsədi yuyulub və tonqalın üstündəki xüsusi postamendə qaldırılıb. Amma qəfildən o gözlərini açaraq yasa gələnlərin hamısını dəhşətə salıb. 
Kişinin nəvəsinin sözlərinə görə, mərasimdə möhkəmdən ağlaşma başlayanda qəfildən babasının hərəkət etdiyini görüb. "Əvvəll elə bildim ki, gözümə görünür. Amma sonra babam gözünü açdı və yerində oturdu. Şükür Allaha biz onu diri-diri yandırmadıq".

 

Mənbə: ANS PRESS

24 dekabr 2014
GO BACK