Qadin.NET / Dünya əhalisi nə qədərdir?

Dünya əhalisi nə qədərdir?

 

Dünya əhalisi nə qədərdir?

Bu ilin sonunda dünya əhalisinin sayı təxminən 7 milyard 284 milyon 283 minə çatacaq. ANS PRESS-in xəbərinə görə, bu barədə “Dünya Əhali Fondu”nun hesabatında məlumat yayılıb. 
Hesabatda, dünyada hər saniyədə 2.6 nəfərin dünyaya gəldiyi bildirilib. Həmçinin 1970-ci ildə dünya əhalisinin indikinin yarısı qədər olduğu xatırladılıb və əhalinin sürətlə çoxalmasının səbəbi kimi inkişaf etməkdə olan ölkələrdə ailə planlamasının doğru şəkildə həyata keçirilmədiyi qeyd edilib. 
Hesabatda bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə hər 4 qadından biri istəmədiyi hamiləliyə məruz qalır. 
Dünyanı 100 nəfərlik kənd kimi təsəvvür edən fond, müqayisə ilə burda 60 asiyalı, 15 afrikalı, 10 avropalı yaşayacağını bildirib. Bildirilir ki, əhalinin sayı bu sürətlə çoxalmağa davam etsə 2050-ci ildə 134-ə çatacaq kənd əhalisinin 33 nəfəri afrikalı, 73 nəfəri asiyalı, 10 nəfəri avropalı olacaq. Bu hesabata görə, Asiya və Avropa əhalisi azalacaq, Afrika əhalisi isə artacaq. 
“worldometers.info” saytının məlumatına görə isə hazırda dünyada əhali sayı 7 milyard 283 milyon 170 mindir və bu rəqəm hər an böyük sürətlə dəyişilir. 

Mənbə: ANS PRESS
24 dekabr 2014
GO BACK