Almaniya polisi deyir ki, Drezden şəhərində keçirilən"anti-İslamlaşma" nümayişində rekord sayda - 17 min yarım insan iştirak edib.Milli.Az BBC-yə istinadən bildirir ki, nümayişə qatılanlar Milad bayramı nəğmələri oxuyub, immiqrantlar və qaçqınların gəlməsi əleyhinə çıxışları dinləyiblər.
Almaniya kansleri də daxil olmaqla ölkənin aparıcı siyasətçiləri vətəndaşları nümayişə getməməyə səsləyiblər.
PEGİDA - “Vətənpərvər Avropalılar Qərbin İslamlaşması Əleyhinə” (Patriotische Europäer gegen Islamisierung des Abendlandes – PEGIDA) təşkilatı belə nümayişləri oktyabr ayından bəri hər həftə təşkil edir.

Mənbə: Milli.Az