Qadin.NET / Medvedev: "Rusiya tənəzzülə uğraya bilər"

Medvedev: "Rusiya tənəzzülə uğraya bilər"

 

Rusiya iqtisadiyyatının dərin tənəzzülə girməsi riski mövcuddur, Baş Nazir Dmitri Medvedev bəyan edib. "Bizim üçün daha dərin tənəzzülə girmək riskləri mövcuddur”, - Medvedev hakim “Vahid Rusiya” partiyasının Ali və Baş Şuralarının geniş iclasında çıxış edərkən bildirib.Milli.Az BBC-yə istinadən bildirir ki, baş nazirin sözlərinə görə, hazırda yaranmış vəziyyət, 2008-ci ildəki böhrandan daha çətindir.

 

"O vaxtlar [2008-2009-cü illərdə] biz dünya ilə birlikdə böhrandan çıxırdıq, hazırda isə bir sıra ölkələr iqtisadiyatımızın inkişafına maneələr törətməklə məşğuldur”.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2015-ci ildə ümumdaxil məhsulun həcminin 0,8 faiz azalacağını proqnoz edib.
Medvedevin sözlərinə görə, hökumət 2008-ci ildəki böhran vaxtı olduğu kimi bazardakı vəziyyətə təsir göstərməyə çalışacaq.
Mənbə: Milli.Az
24 dekabr 2014
GO BACK