Qadin.NET / Bakıda mağazalardan bizə ölüm gətirən paltarlar

Bakıda mağazalardan bizə ölüm gətirən paltarlar

 

Bakıda mağazalardan bizə ölüm gətirən paltarlar

Toylar mövsümü başlayır. Bu isə özlüyündə kirayə bazarının da canlanmasına gətirib çıxarır. Belə mağazalara da böyüklü-kiçikli, kişili-qadınlı hamı üçün kirayə paltar tapmaq mümkündür. Amma belə paltarların kimyəvi təmizliyə verilməməsi insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Həkim Şəmsiyyə Namazlının sözlərinə görə, kirayə paltarların istifadəsi insanlarda göbələk, qotur və digər qorxulu dəri xəstəliklərinin yaranmasına gətirib çıxarır: "Kirayə verilən paltarlar bir dəfə istifadədən sonra dezinfeksiya edilməlidir. Ancaq çox zaman əlavə xərc olduğu üçün mağazalarda bu qaydalara əməl olunmur".
Amma mağazaların satıcıları bildirdilər ki, hər bir geyim xarici ölkədən gətirilir və geyimlər bir dəfə kirayə verildikdən sonra kimyəvi təmizləməyə verilir.
Kirayə geyim bazarı satıcılar üçün gəlirli sahə, müştərilər üçün isə xəstəlik mənbəyidir. İnsanlar bunu başa düşsələr də, çox zaman kirayə geyinmək məcburiyyətində qalırlar.
Çox zaman gözəl görünmək istəyi sağlığa üstün gəlir. Amma hər halda yenə də kirayə geyimlər götürən zaman paltarların kimyəvi təmizliyə diqqət etmək lazımdır. Əks halda sağlamlığnızla vidalaşmalı olacaqsınız.

Mənbə: ANS PRESS

 

24 dekabr 2014
GO BACK