Qadin.NET / Ebolaya yoluxanların sayı 20 minə çatır

Ebolaya yoluxanların sayı 20 minə çatır

 

Ebolaya yoluxanların sayı 20 minə çatır

Ebola virusundan ölənlərin sayı 7500 nəfəri ötüb və xəstələrin sayı 20 minə çatmaq üzrədir.
ANS PRESS-in məlumatına görə, bu rəqəm Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında yer alıb.
Hesabata görə, Liberiya və Qvineyada Ebola virusuna yoluxma hallarının sayı azalsa da Syerra Leonda yoluxma çoxalıb. Bu üç Qərbi Afrika ölkəsi demək olar ki, ölüm hallarının baş verdiyi əsas bölgədir.
Digər ölkələrdə ölüm hallarının sayı dəyişməyib. Malidə xəstəlikdən ölənlərin sayı altı, Nigeriyada səkkiz, ABŞ-da isə bir nəfərdir. İspaniya və Seneqalda bir xəstəliyə yoluxma halı qeydə alınıb, amma ölən olmayıb.
BMT-nin baş katibi Pan Gi Mun beynəlxalq ictimayyəti virusun gələcəkdə yayılmasından müdafiə etməyə hazır olmağa çağırıb.

Mənbə: ANS PRESS

 

24 dekabr 2014
GO BACK