Qadin.NET / Əcnəbi mütəxəssislərin işə cəlb edilməsi mexanizmi yaradılacaq

Əcnəbi mütəxəssislərin işə cəlb edilməsi mexanizmi yaradılacaq

 

Azərbaycanda yüksəkixtisaslı əcnəbi mütəxəssislərin işə cəlb edilməsi mexanizmi yaradılacaq.Trend-in məlumatına görə, Prezident İlham Əliyev müvafiq tapşırığı ötən gün "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzaladığı fərmanda verib.

Fərmanda deyilir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Miqrasiya Xidməti ilə birlikdə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılmasına dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov Trend-ə bildirib ki, bu il üçün ölkədə xarici işçilər üzrə kvota 12 min nəfər təşkil edir.
Mənbə: Milli.Az

 

24 dekabr 2014
GO BACK