Azərbaycanda mobil telefonların IMEI-kodlarını qeydiyyata alan strukturların sayı azaldılıb.Trend-in məlumatına görə, daha əvvəl mobil qurğunun kodunu poçt şəbəkəsində, mobil rabitə operatorlarının müştəri xidmətləri mərkəzlərində, mobil riteyldə qeydiyyatdan keçirmək mümkün idisə, hazırda bunu "Azərpoçt" və "Nano Electronics" mağazaları şəbəkələrində etmək olar.
Bundan başqa, mobil qurğunu "Elektron hökumət" (e-gov.az) portalı və imei.az saytının köməyi ilə qeydiyyatdan keçirmək mümkündür.
Qeyd edək ki, şəxsi istifadə üçün gətirilən mobil qurğunun IMEI-kodunun qeydiyyatının qiyməti 5 manat, kommersiya satışı üçün isə 0,2 manatdır.
Mənbə: Milli.Az