Qadin.NET / Putin İŞİD-dən danışdı

Putin İŞİD-dən danışdı

 

 

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrini İŞİD terrorçu qruplaşmasının Mərkəzi Asiyada yayılmasına qarşı preventiv tədbirlər görməyə çağırıb. ANS PRESS-in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Putin KTMT ölkələrinə səslənib: "İŞİD terrorçu qruplaşması Əfqanıstanın bəzi əyalətlərini özlərinin dediyi kimi xilafətlərinə daxil edərək oranı ələ keçirməyə cəhd edirlər. Terrorçu qruplaşması Mərkəzi Asiyada aktivliyini artırmaq istəyir. Bu cür şərtlər altında KTMT-yə üzv ölkələr preventiv tədbirlər görməyə hazır olmalıdırlar". Vladimir Putin çiçəklənən və bitərəf Əfqanıstanda maraqlı olduqlarını bildirib.Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada baş tutan KTMT-nın sammitində 22 sənədin imzalanması planlaşdırılır. Sənədlər arasında bir bəyanat, 19 qərar və 2 protokol öz əksini tapacaq.

Mənbə: Milli.Az

24 dekabr 2014
GO BACK