ABŞ-ın Ermənistandakı səfirliyi 10 il müddətinə olan multivizaları vaxtından əvvəl verməyə başlayıb.Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ səfirliyi Ermənistan hökuməti ilə bu yaxınlarda əldə edilmiş razılaşmaya əsasən, yeni viza prosesinə 2015-ci il yanvarın 1-dən başlamaq imkanı qazanmışdı.Lakin səfirlik bu prosesi sürətləndirmək qərarına gəlib və bu il dekabrın 22-dən Ermənistan vətəndaşlarına ABŞ-a giriş üçün "uzunmüddətli" icazə verməyə başlayıb.
Mənbə: Milli.Az