Qadin.NET / Yaxın 3 günün hava proqnozu: temperatur yüksəlir

Yaxın 3 günün hava proqnozu: temperatur yüksəlir

 

Sabahdan başlayaraq, yaxın 3 gün ərzində Azərbaycanda nisbətən mülayim, küləkli hava şəraiti müşahidə ediləcək. Dekabrın 24-dən başlayaraq, temperatur ötən günlərlə müqayisədə nisbətən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, dekabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Axşam isə külək şimal-qərb küləyinə keçəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq. Dekabrın 25-də də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Dekabrın 24-26-da cənub-qərb küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək. Bununla əlaqədar Bakıda və Abşeron yarımadasında temperatur nisbətən yüksələcək. Dekabrın 25-də gündüz havanın temperaturu 8-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin şərq rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Dekabrın 24-26-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərəd duman olacaq. Bölgələrdə qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Mənbə: Milli.Az

 

23 dekabr 2014
GO BACK