Qadin.NET / 104 yaşlı seçici səs verdi

104 yaşlı seçici səs verdi

 

104 yaşlı seçici səs verdi

Ən yaşlı seçici səs verib. Neftçala rayonunun Yuxarı Qaramanlı kəndinin 104 yaşlı sakini İsrafil Sailov səsvermə hüququndan istifadə edib. 
O, 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 26 saylı seçki məntəqəsinə hamıdan tez gələrək bələdiyyə orqanlarına namizədlər arasında özünün layiq hesab etdiyi şəxsə səs verib.
İ.Sailov AzərTAc-a bildirib ki, o, bütün həyatı boyu seçkilərdə iştirak edib və həmişə də birinci səs verənlər arasında olub. İsrafil baba bunu özünün vətəndaşlıq borcu hesab etdiyini söyləyib.
Ümumiyyətlə, 61 saylı Neftçala seçki dairəsi üzrə budəfəki bələdiyyə seçkilərində yaşı 100-dən yuxarı olan 4 seçici iştirak edib.

Mənbə: ANS PRESS

 

23 dekabr 2014
GO BACK