The Independent nəşri sensasiyalı iddia ilə məqalə dərc edib.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, qəzetin araşdırması və Fransa hava yollarına aid Proteus Airlines-in keçmiş sədri Mark Dyuqenin iddasına görə, Malaysia Airlines-ə məxsus itən Boeing-i hind okeanı səmasında ABŞ vurub və qəsdən bunu gizlədib.
Keçmiş sədr iddia edir ki, Malayziya Boeing-i Hind okeanında İndostandan 1600 kilometr, Maldivdən 500 kilometr aralıda olan Dieqo-Qarsiya adasındakı ABŞ hərbi bazasının yanında qəzaya uğrayıb.
Ekspert əlavə edib ki, bu ABŞ və qərb ölkələrinin təyyarəni rəsmi axtardığı ərazidən xeyli uzaqdır.
Bu Amerikanın nəyinə lazım idi? Axı orada ABŞ-ın gizli bazası yerləşdirilib!
“Bu çox güclü bir hərbi bazadır. Təəcüblüdür ki, amerikalılar hava laynerinin izini itiriblər. Təyyarənin sui-qəsd nəticəsi barədə danışmadan ehtimal var ki, bu layneri amerikalılar saxlayıblar”, - deyə Mark Dyuqen bildirir.
Dyuqen hesab edir ki, müasir texnologiyalar əsrində 63 metr uzunluğunda bir obyekti elə-belə itirmək mümkün deyil. Təyyarəni yalnız qəsdən - dəlillərin gizlədilməsi üçün itirmək olar. Bundan əlavə, Fransa hava yollarının keçmiş başçısı qeyd edir ki, onda olan məlumatlara görə, ABŞ təhlükəsizlik xidməti təyyarənin terrorçular tərəfindən oğurlandığı barədə şübhələnib. Buna görə də 11 sentyabr hadisələri kimi hücuma məruz qalmamaq üçün onlar sadəcə təyyarəni vurublar.
Xatırladaq ki, 2014-cü ilin 8 mart tarixində Malayziya hava yollarına aid Boeing 777-200 təyyarəsi MH370 reysi yerinə yetirərkən anidən radarlardan yoxa çıxıb. Bu vaxtdan etibarən Beynəlxalq axtarışların elan edilməsinə baxmayaraq təyyarənin heç bir izi tapılmayıb.