Qadin.NET / Uşaqlara Yeni il hədiyyəsi seçərkən diqqətli olun

Uşaqlara Yeni il hədiyyəsi seçərkən diqqətli olun

 

Yeni ildə uşağa verilən ən dəyərli hədiyyələr belə zərərli ola bilər. Uşaq psixologiyası sahəsində aparılmış araşdırma göstərib ki, həddən artıq hədiyyə uşaqlarda psixoloji travmalara səbəb olur.
Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, İllinoys və Missuri Universitetinin alimlərinin araşdırmaları sübut edib ki, Yeni ildə bahalı hədiyyələr, oyunlar uşaqlarda oyun asılılığı yaradır, şəxsi ünsiyyətlər və özünə inamla bağlı problemlərə yol açır.
Araşdırma zamanı alimlər uşaqların maliyyə xərcləri sayəsində əzəzlənməsi və onların böyüyərkən yaşadıqları problemlər arasındakı əlaqəni araşdırmağa çalışıblar. Məlum olub ki, bahalı hədiyyələr və sürprizlər heç də hər dəfə sevinc üçün əsas olmur. Hədiyyələr üçün çəkilən xərclər gələcəkdə tələbatların daha da artmasına və problemlərin inkişafına səbəb olur.

Mənbə: Milli.Az



 

23 dekabr 2014
GO BACK