Qadin.NET / Məşhur aktyor iflic oldu

Məşhur aktyor iflic oldu

 

Türkiyəli məşhur aktyor Halit Akçatəpənin səhhəti ilə bağlı xəbər yayılıb. Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Hababam sınıfı” filmində oynadığı “Güdük Nəcmi” obrazı ilə hamının sevimlisinə çevrilmiş 76 yaşlı usta aktyor Halit Akçatəpənin səhhəti ilə bağlı verilən son açıqlama pərəstişkarlarını kədərləndirib. 
Akçatəpə ötən həftələrdə səhhətində yaranan narahatlıq səbəbilə xəstəxanaya aparılmışdı. Aktyor barəsində açıqlama verən professor-doktor Sərdar Kahraman onun iflic keçirdiyini bildirib. 
“Aktyor Halit Akçatəpə iflic keçirib və sağ tərəfini işlədə bilmir. Sənətçimiz yeriyə bilmir, danışmaqda çətinlik çəkir”, - deyə aktyorun həkimi açıqlama verib.
Qeyd edək ki, bir neçə ay əvvəl də H.Akçatəpənin səhhətində problemlər yaranmışdı. O, xəstəxanaya yüksək təzyiq, bədənin sağ tərəfində gücsüzlük şikayətləri ilə müraciət etmişdi.
Mənbə: Milli.Az

 

23 dekabr 2014
GO BACK