Qadin.NET / Qiyməti ölən rus maşınları Bakıya axışır

Qiyməti ölən rus maşınları Bakıya axışır

 

Rusiyada rublun kəskin ucuzlaşması maşın bazarını da vurub. Maşın bazarında yaranmış ucuzlaşma isə azərbaycanlı maşın alverçiləri üçün əlverişli şərait yaradıb.Milli.Az Axar.Az-a istinadən xəbər verir ki, hazırda ucuzlaşma səbəbindən Bakı bazarlarında “Lada” maşınlarına tələbat artıb. Belə ki, rublun ucuzlaşmasından itirdiklərini qarşılamağa çalışan azərbaycanlılar bu avtomobilləri alaraq Bakıda satmağa başlayıblar.
Əsasən də “Prirora” markalı avtomobilləri alanların sayında artım müşahidə edilir. “Lada”nın rəsmi saytında bu avtomobillərin yenisi 394-402 min rubl arasında dəyişir. Qara bazarda dolların qiymətini nəzərə alsaq, bu, təxminən 6 min dollar edir. Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 dollar 60,68 rubldur. Qara bazarda isə 1 dollar 70-75 rubl arasında satılır.

 

Mənbə: Milli.Az

23 dekabr 2014
GO BACK