Qadin.NET / Azərbaycanda benzin ucuzlaşacaqmı?

Azərbaycanda benzin ucuzlaşacaqmı?

“Premium” yanacağının qiymətinin ucuzlaşdırılması ilə bağlı Tarif Şurasına müraciət edilib-edilmədiyi məsələsinə yalnız SOCAR aydınlıq gətirə bilər”.Milli.Az xəbər verir ki, bu sözləri Axar.Az-a Tarif Şurasından dünyada neft və neft məhsullarının ucuzlaşması fonunda ölkəmizdə yanacağın qiymətinin ucuzlaşacağı barədə yayılan xəbərlərə münasibət bildirərkən qeyd etdilər.Azərbaycan Dövlət Neft Şirkətininin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə məsələ ilə bağlı Tarif Şurasına müraciət edildiyini istisna etmədi:“Bu barədə müzakirələr gedir. Yaxın zamanlarda ictimaiyyət ətraflı məlumatlandırılacaq”.Xatırladaq ki, ARDNŞ artıq Gürcüstanda benzinin qiymətini ucuzlaşdırıb. Belə ki, dekabrın 15-dən şirkətin Gürcüstan qolu “SOCAR Georgia” bu ölkədə satılan “Premium” markalı benzinin qiymətini 2,01 lariyə, yəni 84 qəpiyə endirib. Hazırda Gürcüstanda 84 qəpiyə satılan "Premium" markalı benzin ölkəmizdə 93 qəpiyədir.

Mənbə: Milli.Az

23 dekabr 2014
GO BACK