Qadin.NET / Kral ailəsi məhkəmə qarşısında

Kral ailəsi məhkəmə qarşısında

 

Kral ailəsi məhkəmə qarşısında

İspaniya şahzadəsi Kristina məhkəmə qarşısında cavab verəcək.ANS TV-nin məlumatına görə, Balear adasının Ali Məhkəməsi bu barədə qərar qəbul edib. Şahzadə öz həyat yoldaşı ilə birgə vergidən yayınma, çirkli pulların yuyulması və sosial fonddan milyonlarla dolların mənimsənilməsində ittiham olunur. 
2010-cü ildə “Noos” əməliyyatı adı altında başladılan proses ötən il kral ailəsinin üzvlərini də məhkəməyə cəlb edib. Bu, 1975-cildə İspaniyada krallıq bərqərar olduqdan sonra kral ailəsinə qarşı irəli sürülən ilk ittihamdır. Şahzadənin vəkili məhkəmə qərarına qarşı apellyasiya verəcəyini deyib.

 

Mənbə: ANS PRESS

22 dekabr 2014
GO BACK