Qadin.NET / Tanınmış siyasi və ictimai xadimlər Prezident İlham Əliyevi təbrik edirlər

Tanınmış siyasi və ictimai xadimlər Prezident İlham Əliyevi təbrik edirlər

 

 

İordaniyanın Kralı II Abdullah İbn Əl-Hüseyndən Azərbaycan Prezidentiİlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Milli.Az Azər tac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri,Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və arzularımı Sizə çatdırmaq mənim üçün çox xoşdur.
Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edin".
X X X
“LUKoyl” ASC-nin prezidenti Vahid Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Doğum gününüz münasibətilə Sizi “LUKoyl” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində fəaliyyətinizdə özünüzü qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl siyasi xadim, dövlətin lideri kimi göstərmisiniz. Siz haqlı olaraq öz həmvətənləriniz arasında və xaricdə hörmət və nüfuz qazanmısınız.Bu gün Sizin rəhbərliyinizlə ölkənin iqtisadi potensialı fəal şəkildə artır, siyasi və sosial təsisatlar təkmilləşdirilir. Azərbaycanda həyata keçirilən konstruktiv xarici siyasət regionda sabitliyin təmin edilməsinə, beynəlxalq ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsinə şərait yaradır.
Fürsətdən istifadə edib, “LUKoyl” ASC-nin Azərbaycanda fəaliyyətini dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirmək və Sizi əmin etmək istərdim ki, biz azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirmək niyyətindəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm. 
X X X

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyati qüvvə və enerji, şəxsi səadət, dost Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram".

Mənbə: Milli.Az
22 dekabr 2014
GO BACK