Azərbaycanda bütün seçki məntəqələri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə tam hazırdır. Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edəcək.ANS PRESS AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 22–də Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib.Seçkilərə hazırlıq prosesindən danışan MSK sədri bildirdi ki, seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verəcək.
Mənbə: ANS PRESS