Qadin.NET / Qocalmağa başlamışıq

Qocalmağa başlamışıq

 

Qocalmağa başlamışıq

Azərbaycanda müəyyən qədər əhalinin yaşlanması prosesi artıq başlayıb. Bu yaşam şəraitinin yaxşılaşması səbəbindən son 10 ildə orta ömür müddətinin dörd il yarımdan çox artması nəticəsində mümkün olub.
ANS PRESS-in “APA-Economics”ə istiadla verdiiy məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın (2014-2025-ci illər) layihəsinin müzakirələrinə həsr olunan tədbir çərçivəsində bildirib.
Nazirin sözlərinə görə, bu gün əhalinin tərkibində 65 yaş və ondan yuxarı olanların xüsusi payı 90-cı ildəki 4,8%-dan 5,8%-ə yüksəlib: “Bunun daha sürətlə artacağı bizim aktual hesablamaların əsas göstəricilərindən biridir”.
S.Müslümov deyib ki, statistik təhlillərə görə, Azərbaycanda son dövrlərdə uşaqların doğum ardıcıllığında üçüncü, dördüncü, beşinci uşaqların doğulması aşağı düşüb. Belə ki, 2013-cü ildə doğulan 172 671 uşaqdan yalnız 756-sı dördüncü, beşinci uşaqlardır. Bu təqribən 0,44% təşkil edir: “Bu çox aşağı göstəricidir. Çünki keçmiş illərdə Azərbaycan cəmiyyəti üçün uşaqların çoxluğu daha xarakterik idi. Yüksək iqtisadi inkişaf, sürətin artması Azərbaycan parametrlərində tədricən Avropaya yaxınlaşmasına səbəb olur. Bunu heç kəs inkar edə bilməz. Belə bir şəraitdə Azərbaycanda nikahların sayının artması hesabına çoxuşaqlı ailələrin sayının düşməsi kompensasiya olunur. Ümumilikdə ölkə əhalisinin 1,3%-lik artımı var. Hər min nəfərə 13 nəfər artım var. Bu da onu göstərir ki, 2020-ci ilə kimi Azərbaycan əhalisi 10,2 milyona qədər artacaq. Belə şəraitdə isə insanların məşğulluq məsələsi önə çıxacaq”.
Tədbirdə çıxış edən ekspertlər təklif isə qeyd ediblər ki, əhalinin qocalma faizi - 1% artıb. Mütəxəssislər hesab edirlər ki, bu artıq siqnaldır ki, Azərbaycanda qocalma prosesi başlayıb. Əvvəllər mövcud olan 7-8 uşaqdan ibarət ailə modeli sıradan çıxıb. Bu məsələnin həllində bir sıra Avropa ölkələrində mövcud olan modeli nümunə gətirən mütəxəssislər təklif ediblər ki, beşdən artıq uşağı olan ailələrə müavinətin verilməsi qaydalarında dəyişiklik edilsin. Belə ki, ailədən beşdən artıq uşağı olanlara 2014-cü ilin yanvarın 1-dən hər uşağa görə 30 manat verilir. Ekspertlər dəyişiklik edilərək, buraya 5 uşaqlı ailələrin də daxil edilməsini istəyiblər.
S. Müslümov qeyd edib ki, proqramla əlaqədar olaraq hökumət təşkilatlarından 200-ə qədər, QHT və vətəndaşlardan 500 təklif qəbul edilib. Hazırda işçi qrup bu layihələri dəyərləndirir və yaxın vaxtlarda ən aktual layihələr Nazirlər Kabinetinə təqdim olunacaq.

Mənbə: ANS PRESS

 

22 dekabr 2014
GO BACK