Azərbaycan polisi bu gündən gücləndirilmiş iş rejiminə keçib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar polis dekabrın 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq. Qeyd edək ki, dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri günüdür.
Mənbə: Milli.Az