Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu gün günün ikinci yarısından başlayaraq, ölkə ərazisində hava şəraiti küləkli olacaq. Günün ikinci yarisinda cənub-qərb küləyi artıq şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə və səhər külək arabir güclənəcək. Sabah günün ikinci yarısında külək artıq mülayimləşəcək. Ölkə ərazisində havanın temperaturunun əsasən sabah enəcəyi, dekabrın 24-dən isə temperaturun yenidən yüksələcəyi gözlənilir.Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacağı, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Hava günün ikinci yarısında dəyişkən buludlu olacaq. Gecə şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında artıq külək nisbətən mülayimləşəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilirAzərbaycan bölgələrində havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti gözlənilir.
Mənbə: Milli.Az