Qadin.NET / 300 min avroluq futbolçu Azərbaycandan təklif alıb

300 min avroluq futbolçu Azərbaycandan təklif alıb

Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Veselin Filipov karyerasını Azərbaycanda davam etdirə bilər. Milli.Az Apasport.Az-a istinadən xəbər verir ki, Plovdiv təmsilçisinin 24 yaşlı sağ cinah müdafiəçisi ölkəmizdən təklif alıb.Ciddi maliyyə sıxıntıları ilə üzləşən “dəmiryolçular” maraq olan bütün futbolçularını satmaq niyyətindədir ki, Veselin də onlardan biridir. Arxa xətt oyunçusuna Azərbaycan və Qazaxıstandan təkliflər var. Klub rəhbərliyi onun transferi üçün 300 min avro istədiyini də açıqlayıb.Qeyd edək ki, əvvəllər Pomorye və Burqasın “Çernomorets” klublarında oynayan Filipov 2014-cü ilin yayından Plovdiv təmsilçisinin şərəfini qoruyur. Müdafiəçi vaxtilə ölkəsinin U-17 yığmasında da çıxış edib.
Mənbə: Milli.Az

 

22 dekabr 2014
GO BACK