Qadin.NET / Şok qərar: meymunun insan haqları tanındı

Şok qərar: meymunun insan haqları tanındı

 

 

Argentinanın paytaxtı Buenos-Ayresin məhkəməsi şəhər zooparkında (Buenos Aires Zoo) saxlanan diş oranqutanqın "azadlıqdan qanunsuz məhrum olunduğu" barədə qərar çıxarıb. Məhkəmənin hökmünə görə, meymun dərhal azadlığa buraxılmalıdır.Milli.Az BBC News-a istinadən bildirir ki, proses heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan AFADA təşkilatının iddiası əsasında aparılıb. Təşkilatın fikrincə, "Sandra" adlı meymun insanlar təki hüquqlara malikdir: "Oranqutanq şəxsiyyətin formalaşması üçün yetərincə koqnitiv imkanlara və bacarıqlara malikdir".Məhkəmə AFADA-nın iddiası ilə razılaşıb və etiraf edib ki, 20 il əvvəl Berlin zooparkından alınaraq Buenos-Ayres zooparkında saxlanmağa başlanan Sandra azadlıqdan qanunsuz olaraq məhrum edilib.Məhkəmənin qərarı apellyasiya qaydasında ləğv olunmazsa, Sandra Braziliyadakı qoruqlardan birinə göndəriləcək.
Sumatra oranqutanqı Sandra 1986-cı ildə Berlin zooparkında anadan olub
Mənbə: Milli.Az
22 dekabr 2014
GO BACK