Qadin.NET / İnsan və həşəratların ortaq cəhətləri

İnsan və həşəratların ortaq cəhətləri

 

 

İnsanların və həşəratların beyinlərində ortaq cəhətlər var. Hər iki varlığın yaddaşı, öyrənmək qabiliyyəti eyni zülaldan asılıdır. Milli.Az lenta.ru-ya istinadən bildirir ki, amerikalı neyrofiziklər belə bir faktı ortaya çıxarıblar. Araşdırmaların nəticələri Current Biology jurnalında dərc edilib. Arizona Universitetinin əməkdaşları Nikolas Strausfeld və Qabriela Volf onurğasızların beyinlərini araşdırıblar. Məlum olub ki, bütün bu canlıların neyronları eynidir. Onların hər birində DC0, Leo və CaMKII zülalları mövcuddur. Bu zülallar olmadıqda beyin yaddaşdan məhrum olur. Həmin zülallar insanlarda da eyni funksiyanı yerinə yetirir. 

Mənbə: Milli.Az

22 dekabr 2014
GO BACK