Qadin.NET / Çindən Rusiyaya ümid vədi: hər şey yaxşı olacaq

Çindən Rusiyaya ümid vədi: hər şey yaxşı olacaq

 

 

Çin iqtisadi çətinlikləri aşmaqda Rusiyaya yardımçı olmağa hazırdir. Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, belə bir açıqlamanı Çin Xalq Respublikasının xarici işlər naziri verib. "Əgər Rusiya istəyərsə, imkanlarımız daxilində lazım olan yardımı göstərəcəyik", - o əlavə edib. Çin diplomatiyasının rəhbəri bildirib ki, Rusiya və Çin hər zaman bir-birini dəstəkləyib və yardım ediblər. Xatırladaq ki, Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiya son dövrlər iqtisadi tənəzzülə doğru gedir. Rusiyanın milli valyutası olan rublun dəyəri gün-gündən aşağı düşür. 

Mənbə: Milli.Az

22 dekabr 2014
GO BACK